17 yaşlı oğlana ailəsi işgəncə verib

17 yaşlı oğlana ailəsi işgəncə verib

Azərbaycanda gənc yaşında işgəncəyə məruz qalan şəxs sığınacağa yerləşdirilib.

101.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb və həmin şəxsin fotosunu sosial şəbəkədə paylaşıb. O, 17 yaşlı gəncin vəziyyətinin yaxşı olmadığını vurğulayıb:

“Onun yaşadıqları “insanlığa” sığmır. 17 yaşında birinə necə işgəncə vermək olar ki, bədəndə salamat yeri qalmasın. Bütün bunları edən heç də yad biri deyil. Qanından,canından olan biridir.

Başındakı yanıq zədəsini isə qıcolma zamanı peç üstünə düşəndə alıb. Amma nə danışırsa gülümsəyərək danışır”.

101.az (qafqazinfo az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101

ƏN SON XƏBƏRLƏR