Türkiyədə PARTLAYIŞ - Yaşayış binası dağıldı

Türkiyədə PARTLAYIŞ - Yaşayış binası dağıldı

Türkiyənin cənubunda Qaziəntəp vilayətində yaşayış binasında partlayış baş verib.

101.az-ın məlumatına görə, partlayış nəticəsində binanın böyük hissəsi dağılıb.

İlkin məlumata görə, insident nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Partlayışın səbəbi kimi qaz sızması göstərilir. Hadisə yerinə xilasedicilər və tibbi yardım cəlb olunub.

101.az (trend az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR