Gəncədə "Gender bərabərliyi və media" mövzusunda təlimlər keçirilir

Gəncədə "Gender bərabərliyi və media" mövzusunda təlimlər keçirilir

Avropa Şurası (AŞ) Bakı Ofisinin reallaşdırdığı “Azərbaycanda gender bərabərliyi və media azadlığı layihəsi çərçivəsində Gəncədə “Gender bərabərliyi və media” mövzusunda informasiya sessiyası keçirilib.

101.az bildirir ki, Mətbuat Şurasının dəstəyi ilə keçirilən tədbirdə Avropa Şurası (AŞ) Bakı Ofisinin rəhbəri, səfir Zoltan Herneys, Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Həsən Məmmədov, layihəsinin rəhbəri Pərvanə Bayramova, müstəqil ekspert Ələsgər Məmmədli, Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, BDU-nun Jurnalistika fakültəsinin dekan müavini Sevinc Əliyeva, Qadın Jurnalistlər Assosiyasının prezidenti Sevil Yusifova, “Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqova, yerli media və QHT nümayəndələri iştirak ediblər.

Sessiyanı giriş sözü ilə Avropa Şurası Bakı Ofisinin rəhbəri, səfir Zoltan Herneys açaraq, medianın demokratik cəmiyyətdə mühüm rol oynadığını diqqətə çatdıraraq bildirib ki, Azərbaycan Demokratik Respublikası müsəlman dövlətləri arasında ilk, Avropada isə birinci dövlətlərdəndir ki, qadınlara bərabərlik hüququ verib. Azərbaycan Demokratik Respublikasının ilk paytaxtı Gəncə şəhərində olmaq qürurvericidir. Zoltan Herneys həmçinin qeyd edib ki, bu il Avropa Şurasının 70 yaşı tamam olur.

Layihənin rəhbəri Pərvanə Bayramova qeyd edib ki, Avropa Şurası ölkələri arasında ilk dəfədir ki, jurnalistlərin peşə davranışı qaydalarında gender bərabərliyi prinsipi bu qədər geniş arspektdə ifadə olunub.

Azərbaycan Mətbuat Şurasının sədrinin müavini Müşfiq Ələsgərli layihənin həyata keçirilməkdə əsas məqsədin bu sahənin modern əsaslarla işıqlandırılmasına jurnalistlərin bilik və bacarıqlarının artırılmasıdır. Məhz bunu üçün həm Bakı şəhərində, həm də digər bölgələrimzdə məlumatlandırma sessiyaları keçirilir.

Müstəqil ekspert Ələsgər Məmmədli, BDU-nun Jurnalistika fakültəsinin dekan müavini Sevinc Əliyeva, Qadın Jurnalistlər Assosiyasının prezidenti Sevil Yusifova çıxışlarında Avropa Şurasının Bakı ofisi tərəfindən Azərbaycanda gender bərabərliyi və media azadlığı sahəsində keçirilən çoxsaylı maarifləndirmə tədbirlərini, media nümayəndələrinin bu istiqamətdə peşəkarlığının daha da artırılması sahəsində görülən işləri yüksək qiymətləndirib, əməkdaşlığın əhəmiyyətini qeyd ediblər. Natiqlər “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı qaydaları”nın gender bərabərliyi perspektivindən yenilənmiş versiyası barədə fikirlərini bildirib, təqdimatlarında layihənin əsas ideya və anlayışlarına aydınlıq gətiriblər.

“Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqova gender bərabərliyinin təmini üçün son illər ölkəmizdə atılan addımlardan danışıb, regionlarda fəaliyyət göstərən qadın jurnalistlərin bu sahədə maarifləndirici iş apardıqlarını diqqətə çatdırıb.

Qarşılıqlı fikir mübadiləsi şəklində davam edən təlimdə gender bərabərliyinin təmin olunmasında medianın əvəzsiz rolundan geniş bəhs olunub. Təlim sabah da davam etdiriləcək və Gəncənin ətraf bölgələrində yaşayan jurnalistlər və vətəndaş cəmiyyətinin nümayəndələri üçün informasiya sessiyası baş tutacaq.

Xatırladaq ki, Avropa Şurası 1 mart 2018-ci il tarixdən etibarən “Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsinə başlayıb. Layihənin əsas məqsədi Azərbaycanda mediada və media vasitəsilə gender bərabərliyinin təşviq etməkdir. Layihə çərçivəsində yerli və beynəlxalq ekspertlərin iştirakı ilə “Azərbaycan Jurnalistlərinin peşə davranışı qaydaları” gender bərabərliyi perspektivində nəzərdən keçirilib. Qaydalara əlavə etmək üçün “Ayrı-seçkiliyə yol verilməməsi və gender bərabərliyi prinsipi”nin mətni hazırlanıb. Mətnə əsasən, jurnalist ayrı-seçkiliyə yol verməməli və gender bərabərliyi prinsiplərinə hörmət etməli, cinsi ayrı-seçkilik yaradan və ya cinsi nifrətə çağıran üslubdan uzaq durmalı, xəbərin məzmunu bilavasitə tələb etmirsə, şəxsin cinsi mənsubiyyətini vurğulamamalı və ya fərqləndirməməlidir. Eləcə də, prinsipdə gender stereotiplərinin təbliğ edilməməsi, gender-əsaslı zorakılıq hallarının mediada həssaslıqla işıqlandırılması, kişi və qadın jurnalistlərə bərabər hüquqlar və imkanların təmin olunması öz əksinin tapır.











101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR