O da “Maşın” şouda yarışacaq 13 May 2018 18:10

O da “Maşın” şouda yarışacaq 13 May 2018 18:10

Mayın 28-də başlayacaq "Maşın" şounun növbəti iştirakçısı məlum olub.

101.az-ın verdiyi xəbərə görə, "Qurd" ləqəbi ilə tanınan Fərid Eminov 18 iştirakçıdan biri olacaq.

Bir müddət öncə isə yerli mətbuatda yarışmada meyxanaçı Pərviz Bülbülə, onun duet ortağı Türkan Vəlizadə və müğənni Damlanın avtomobil üçün mübarizə aparacağı haqqında məlumat yayıb. Bundan əlavə Şəbnəm Tovuzlunun da yarışmaçılar arasında olması gözlənilir.

Qeyd edək ki, əməkdar artist, tanınmış şoumen Murad Dadaşovun "Maşın" realiti şousu 2005-ci ildən efirdədir. Sonuncu şou ötən ilin oktyabrında keçirilib və müğənni Talıb Tale "Nissan Altima" avtomobilinə sahib olub.



101.az(mənbə-müsavat.com)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR