Şəhid ailəsindən Hadi Rəcəbliyə  ETİRAZ: " azərbaycanlılardan nə istəyir?"

Şəhid ailəsindən Hadi Rəcəbliyə ETİRAZ: " azərbaycanlılardan nə istəyir?"

Millət vəkili Hadı Rəcəblinin uşaq pulunun bərpasının etirazı ilə bağlı Ağdamın Gülaflı kəndindən məcburi köçkün olan Tağıyeva Hicran Mirziyad qızı redaksiyamıza müraciət edib. Hİcran Tağıyeva həyat yoldaşının I qrup Qarabağ əlili, qaynatası Tağıyev Misirxan Sadıq oğlunun şəhid olduğunu bildirib. Narazı vətəndaşın 101.az-a yolladığı müraciəti olduğu kimi diqqətinizə çatdırırıq.

Hicran Tağıyeva: "Hadi Rəcəbli vaxtı ilə Qarabağ veteranlarının, əlillərinin pulunu kəsdirdi. Bu gün isə uşaq puluna etiraz edir. Axı bu Hadı Rəcəbli Azərbaycandan xalqından istəyir? Mənim 10 yaşında bir övladım var. Digərlərinin 3 yaxud 4 övladı var. Əgər valideyinlərin heç biri işləmirsə, bu pul ilə uşağın az da olsa ehtiyacını ödəmək olar. Niyə bu millət vəkili imkan vermir ki, insanlar rahat yaşasın?!. Cənab Prezident xalqı üçün hər bir şərait yaradır, maaşları artırır, insanların rahat yaşaması üçün əlindən gələni edir. Lakin Hadi Rəcəbli kimi məmurlar xalqın hissiyatı ilə oynayır.

Mənim yoldaşım I qrup Qarabağ əlilidir. 7 ildir müalicə alır, xəstəxanalarda yatır. Özüm "Azərsu" ASC-də çalışıram. Aylıq məvacibim 250 AZN təşkil edir, onu da vaxtı-vaxtında ala bilmirəm. Gəlsin Hadi Rəcəbli 7 il dayanmadan xəstəxanalarda xəstə saxlasın görüm bacararmı? Belə yerdə deyirlər "toxun acdan nə xəbəri". Nə İstəyir o bu xalqdan? Sizi millət vəkili seçiblər ki, xalqın çörəyi ilə oynayasınız?"

Qeyd edək ki, İqtisadi və Sosial İnkişaf Mərkəzi uşaqpulunun bərpası üçün hökumətə təklif göndərib. Təklif edilən mexanizmə görə, uşaqpulunun məbləği 3-18 yaş arasını əhatə edir. Lakin AZXEBER.COM saytına istinadən verilən məlumata görə, millət vəkili Hadi Rəcəbli bu təklifə etiraz edib.Bu xəbər sosial şəbəkələrdə də saysız-hesabsız narazılıqlara səbəb olub. Belə ki, bir çox vətəndaş Hadı Rəcəblinin bu təklifi dəstəkləmədiyi üçün tənqid atəşinə tutub.

Qarşı tərəfi də dinləməyə hazırıq…

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR