Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR: " Bayrama qədər pensiyalar artımla birgə ÖDƏNİLƏCƏK"

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR: " Bayrama qədər pensiyalar artımla birgə ÖDƏNİLƏCƏK"

"Mart ayının pensiyalarının qrafik üzrə verilməsinə başlanılıb. Artıq 10-dan çox rayonda pensiyalar hesablara köçürülüb".

101.az bildirir ki, bunu açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, Novruz bayramına qədər ölkə üzrə bütün pensiyaların ödənilməsi təmin olunacaq.

S.Babayev qeyd edib ki, martın 18-nə kimi bu ödənişlər tam yekunlaşacaq: "Adətən pensiyalar ay sonunda verilirdi. Bu dəfə pensiya ödənişlərinin artımla birlikdə Novruz bayramına qədər verilməsi təmin ediləcək".

101.az ("Report")

Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR