Tereza Mey üçün növbəti məğlubiyyət

Tereza Mey üçün növbəti məğlubiyyət

Böyük Britaniya İcmalar Palatasının üzvləri Brüssellə saziş bağlamadan krallığın Avropa ittifaqını tərk etməsinə qarşı çıxıblar.

101.az xəbər verir ki, sazişsiz “Brexit”ə qarşı olan təklifi palatanın321 deputatı dəstəkləyib, 278-i ona qarşı çıxış edib.

Bu, təklifə qarşı olan baş nazir Tereza Mey üçün növbəti məğlubiyyət hesab edilir.

Qeyd edək ki, Böyük Britaniyanın Avropa İttifaqından 29 mart tarixində çıxışı planlaşdırılır.

Daha əvvəl Britaniyanın beynəlxalq ticarət naziri Liam Foks “BBC” radiosunun efirində bildirmişdi ki, əgər baş nazir Tereza Mey “Brexit” sazişini parlamentdən keçirə bilməsə, Böyük Britaniya hökumətinin həyata keçirəcəyi siyasət 29 martda Avropa İttifaqını heç bir saziş olmadan tərk etmək olacaq.

Martın 12-də isə Britaniya parlamentariləri Avropa İttifaqı ilə "Brexit" barədə saziş layihəsini qəbul etməyib. 391 deputat baş nazir Tereza Mey tərəfindən təqdim edilən layihənin əleyhinə, 242-si isəlehinə səs verib.

Daha əvvəl isə Böyük Britaniyanın baş naziri Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker ilə "Brexit"lə bağlı sazişin mətnində dəyişiklik edilməsi barədə razılığa gəlmişdi.

“Brexit” üzrə referendum 2016-cı ilin iyununda keçirilib və əhalinin 51,9 faizi Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının lehinə səs verib. “Brexit” prosesi rəsmən 2019-cu lin 29 martında başa çatacaq və London ilə Brüssel 2020-ci ilin 31 dekabrınadək keçid dövrünə qədəm qoyacaq.

101.az (publika az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101

ƏN SON XƏBƏRLƏR