Bu gün Dünya Çempionatına yekun vurulur

Bu gün Dünya Çempionatına yekun vurulur

Bu gün Qazaxıstanın paytaxtı Astanadakı şahmat üzrə Komandalararası Dünya Çempionatında son tur baş tutacaq.

101.az xəbər verir ki, ölkəmizi turnirdə təmsil edən kişilərdən ibarət milli komanda Misir yığması ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 10:00-da başlanacaq.

Bu günə qədər 8 turu geridə qoyan yığmaların xal durumu belədir:

Rusiya – 14

Hindistan – 11

İngiltərə - 11

Çin – 10

ABŞ -9

İran – 8

Azərbaycan 6

Qazaxıstan – 4

İsveç – 4

Misir - 3

Bu gün Azərbaycan - Misir oyunu ilə yanaşı, Rusiya - Hindistan, İngiltərə - İsveç, Qazaxıstan - Çin qarşılaşmaları da oynanılacaq.

Qeyd edək ki, dünya çempionatına Azərbaycan millisinin heyətində Arkadi Naydiç, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Nicat Abbasov təmsil edir.

101.az (publika az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101

ƏN SON XƏBƏRLƏR