Qırğızıstan prezidenti Azərbaycana gələcək

Qırğızıstan prezidenti Azərbaycana gələcək

Qırğızıstan prezidenti Sooronbay Jeenbekov Azərbaycana səfərə gələcək.

101.az-ın məlumatına görə, bununla bağlı Jeenbekov Bişkekdə səfirlərlə görüşündə özü məlumat verib.

“Azərbaycan, Almaniya, İsveçrə, Fransa və Macarıstana rəsmi səfərlərimə hazırlıqlar gedir”, - o bildirib.

Dövlət başçısı əminliklə qeyd edib ki, səfərlər həmin ölkələrlə ticarət-iqtisadi, mədəni-humanitar və digər sahələrdə qarşılıqlı əməkdaşlığın möhkəmlənməsinə səbəb olacaq.

101.az (oxu az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101

ƏN SON XƏBƏRLƏR