Millimizin heyəti açıqlandı

Millimizin heyəti açıqlandı

Martın 16-dan 26-dək Bakıda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının təlim-məşq toplanışı olacaq.

101.az xəbər verir ki, toplanış zamanı U-21 martın 23-də “Səbail”, 3 gün sonra isə MOİK-lə yoxlama oyunları keçirəcək. Hər iki görüş Bakı Olimpiya Stadionunun məşq meydanında baş tutacaq və saat 15:00-da başlayacaq.

Millimizin baş məşqçisi Milan Obradoviç hazırlıq prosesinə 24 futbolçu dəvət edib: Kamran İbrahimov (“Neftçi”), Şahin Zəkiyev, Murad Qayalı, Nurlan Quliyev (hamısı “Keşlə”), Murad Popov, Amin Seydiyev, Rövlan Muradov (hamısı “Qəbələ”), Turan Manafov (“Zaqatala”), Ricat Qarayev, Baxşəli Baxşaliyev, Süleyman Əhmədov (hamısı “Sumqayıt”), Hüseyin Seyliğli, Mətin Gülər (hər ikisi “Beşiktaş”, Türkiyə), Faiq Hacıyev, Abbas Ağazadə, Əli Sadıxov (hamısı MOİK), Nihad Tamazov, Hacıağa Hacılı, İsmayıl İbrahimli, Nicat Süleymanov (hamısı “Qarabağ”), Ziya Əzizov (“Neymegen”, Hollandiya), Tural Bayramlı (“Dauqavpils”, Latviya), Ərziman Rizvanov (“Bohemians 1905”, Çexiya), Fərid Nəbiyev (“Slaviya”, Çexiya).

101.az (yenicag az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR