Gəncə Dövlət Dram Teatrında MÖHTƏŞƏM PREMYERA -"Xərabət gözəli"- FOTOREPORTAJ

Gəncə Dövlət Dram Teatrında MÖHTƏŞƏM PREMYERA -"Xərabət gözəli"- FOTOREPORTAJ

Gəncə Dövlət Dram Teatrında AYB-in Gəncə bölməsinin sədri, yazıçı Xəzangül Hüseynovanın əsəri olan "Xərabət gözəli" tamaşasının premyerası olub.



Teatrın rəhbəri Əli Qasımov 101.az-a bildirib ki, “Xərabət gözəli” tamaşası XI əsrin sonları – XII əsrin əvvəllərində yaşamış böyük şairə Məhsəti Gəncəvinin həyat və yaradıcılığından bəhs edir.

Əli Qasımov: “Xərabət gözəli”nə ictimai baxış 10 Mart Milli Teatr Günüdə baş tutdu və əsər müsbət qarşılandı. Əsərin müəllifi AYB Gəncə bölməsinin sədri Xəzangül xanım Hüseynovadır. Səshnə əsərinə rejissoru Elşad Əhmədov quruluş verib. Rəssamı Vahab Cəfərov, xoreoqrafı Sənan Cavadovdur”.



Quruluşçu rejissor Elşad Əhmədov bildirib ki, tamaşa bioqrafik faciəvi eşq ayini üslubunda qurulub.

Elşad Əhmədov: “Əsərdə o dövr Gəncədə baş verən hadisələr öz əksini tapıb. Məhsəti Gəncəvinin həmin dövrdə cəmiyyətdəki əsas rollarından biri Gəncədə fəaliyyət göstərən sufi cəmiyyətinin təbliğatı və təşviqatı idi. Onun şəhər xurafatçıları tərəfindən bir çox təyziqlərə məruz qalması, Gəncə xətibinin ona qarşı amansız davranışı , xətibin oğlu ilə olan eşq macərası tamaşada ön plana çəkilib. Beləliklə tamaşaçılar XI-XII əsrdəki Gəncəyə tarixi səyahət edəcəklər”.



Məhsəti Gəncəvi obrazında çıxış edən aktrisa Günay Cabbarova böyük bir məsuliyyət hissinin keçirdiyini bildirib.

Günay Cabbarova: "Gəncənin görkəmli şairəsini canlandırmaq mənim üçün çox böyük bir məsuliyyətdir. Mən bu rolun öhdəsindən layiqincə gəlməyə çalışıram. Əlbəttə ki, son söz tamaşaçıların olacaq".

Tamaşada əsas rolları xalq artisti Məmmədəli Balayev, Günay Cabbarova, Ruslan Hüseynov, Mətləb Təhmazi, Rəşad Hüseynov, Emil Salmanov, Könül Kazımova, Sevinc Hüseynova,Samir Abbasov, Elmir Məmmədov, Seymur Məmmədov və başqaları ifa edirlər.

Qeyd edək ki, premyerada Gəncə Şəhər İcra Hakimiyyəti başçının müavini Vəfa Abbasova, millət vəkili Pərvin Kərimzadə, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, əsərin müəllifi - AYB-in Gəncə bölməsinin sədri, yazıçı Xəzangül Hüseynova, “Gəncənin səsi” qazetinin baş redaktoru Rəfiqə Sadıqova, şəhər ictimaiyyəti və KİV nümayəndəli iştirak ediblər.








Fotoqraf: Cavid Qəhrəmanov

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101

ƏN SON XƏBƏRLƏR