Bakıda vaflinin içindən rezin əlcək çıxdı - Video

Bakıda vaflinin içindən rezin əlcək çıxdı - Video

Azərbaycanda istehlakçının aldığı vaflidən rezin əlcək çıxıb. 101.az xəbər verir ki, News24.az-a şikayət edən istehlakçı bildirib ki, “Fresco” marketindən alınan “Avrora” şirkətinə məxsus məhsuldan təəccüblü əşya çıxıb:

“Vaflini eksperteziya apardım. Həqiqətən də vaflinin içərisindən əlcəyin çıxdığı təsdiqləndi. Hətta şirkətin nümayəndələri də bunun şahidi oldu.

Ekspertizadan sonra şirkət məsələni bağlamaq üçün xanım nümayəndəsini bir qutu vafli hədiyyələrlə evimizə göndərdi. Amma mən razılaşmadım”.

İstehlakçının şikayətinə əsasən, “Avrora” şirkəti ilə əlaqə saxlanılıb. Şirkətin nümayəndəsi sualımızı eşidən kimi məsələ ilə bağlı hər hansı açıqlama verməyəcəklərini qeyd edib: “Şirkət tərəfindən sizinlə əlaqə saxlanılacaq. Amma indi bu barədə heç bir açıqlama verməyəcəyik”.



101.az (qafqazinfo az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101

ƏN SON XƏBƏRLƏR