İçki ixracı 2,5 dəfə artıb

İçki ixracı 2,5 dəfə artıb

Cari ilin yanvar-fevral ayları ərzində Azərbaycandan ixrac edilən alkoqollu və alkoqolsuz içkilərin məbləği açıqlanıb.

Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Məlumata görə, yanvar-fevral aylarında Azərbaycandan 4 096,56 min ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər ixrac edilib.

Bu rəqəmlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 483,75 min dollar və ya 2,5 dəfə çoxdur.

2019-cu ilin iki ayı ərzində ümumi ixracın 0,13%-ni içki ixracı təşkil edib.

Hesabat dövründə Azərbaycana idxal edilmiş alkoqollu və alkoqolsuz içkilər, sirkənin dəyəri isə 9 955,19 min dollardır. Ötən il ilə müqayisədə bu 2 198,18 min dollar və ya 28,34% çoxdur.

Xatırladaq ki, Azərbaycanın 2 aylıq ticarət dövriyyəsinin 2,166 milyard dolları isə idxalın, 3,152 mlrd. dolları isə ixracın payına düşüb. Son bir ildə idxal isə 49,2%, ixrac isə 42,6% artıb.

101.az (oxu az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101

ƏN SON XƏBƏRLƏR