Aydın Xırdalanlı son mənzilə yola salınır - FOTO

Aydın Xırdalanlı son mənzilə yola salınır - FOTO

Xəbər verdiyimiz kimi, söz xiridarı, məşhur meyxanaçı Aydın Xırdalanlı uzun sürən ağır xəstəlikdən (qaraciyər serrozu) sonra ötən gün dünyasını dəyişib.

101.az xəbər verir ki, mərhum meyxanaçının nəşi Xırdalanda yerləşən Cümə məscidinə gətirilib.

A.Xırdalanlının yas mərasiminə qohumları, yaxın dostları, həmkarları Rəşad Dağlı, Mehman Əhmədli və digər söz ustadları qatılıb.

Mərhum meyxanaçının ailə üzvləri Aydının evində çəkiliş aparılmasına icazə verməyiblər.

Qeyd edək ki, söz ustası Aydın Quliyev Xırdalan qəbiristanlığında torpağa tapşırılacaq.

Allah rəhmət eləsin!
















101.az (oxu az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101

ƏN SON XƏBƏRLƏR