Fabio Kapello birgə çalışdığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Fabio Kapello birgə çalışdığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Məşhur italiyalı məşqçi Fabio Kapello birgə çalışdığı ən yaxşı futbolçuların adlarını açıqlayıb.

101.az xəbər verir ki, 73 yaşlı mütəxəssis bir neçə nəfəri fərqləndirib. O, ilk növbədə hücumçular - hollandiyalı Marko van Basten və braziliyalı Ronaldonun adlarını çəkib: “Karyeramda həmçinin iki əla müdafiəçi olub. Bunlar Paolo Maldini və Franko Barezidir. Onları unuda bilmərəm”.

Qeyd edək ki, 1987-2018-ci illər arasında baş məşqçi kimi fəaliyyət göstərən F.Kapello bu müddətdə İtaliyanın “Milan”, “Roma”, “Yuventus”, İspaniyanın “Real Madrid”, Çinin “Tszyansu Sunin” klublarında, eləcə də İngiltərə və Rusiya yığmalarında çalışıb. O, İtaliya və İspaniya çempionu olmaqla bərabər, Çempionlar Liqasını qazanıb.

101.az (report)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR