“Belə çıxır ki, ayıblarımızı diktatura rejimi örtürmüş?!” - Brilliant Afətdən danışdı

“Belə çıxır ki, ayıblarımızı diktatura rejimi örtürmüş?!” - Brilliant Afətdən danışdı

Xalq artisti Brilliant Dadaşova Flora Kərimova ilə Nəsiminin “Sığmazam” qəzəlinə mahnı oxuyan və tənqid olunan müğənni Afət Fərmanqızı arasında yaşanan qalmaqala münasibət bildirib.

101.az xəbər verir ki, o, Kərimovanı müdafiə edərək, xalq artistinə dəstək olub.

“Bilirsiniz ki, həmişə dedi-qodudan uzaq olmağa çalışıram. Amma son zamanlar sarısılıram. Fikirləşirəm ki, ziyalılarımız niyə susur? Gənclərimiz kimdən ibrət götürəcək? Kimə oxşamaq istəyəcəklər? Sözünü demiş incəsənət nümayəndələrimiz var. Nə üçün bizdə böyük-kiçiyə hörmət yoxdur? Sənətkara sayğı bitib? İş o yerə gəlib çıxıb ki, 50 ildən çox sənət fəaliyyəti olan Flora xanım təhqir olunur və biz susuruq. Mən bunu bizim mentalitetimizə yaraşdırmıram. Belə çıxır ki, ayıblarımızı diktatura rejimi örtürmüş?! Biz indi müstəqil, azad respublikayıq. Bu, o deməkdir ki, böyük-kiçiyə hörməti itirməliyik?! Buna son qoymaq lazımdır! Səhvimizi tapıb düzəltməliyik”.

Qeyd edək ki, F. Kərimova ARB TV-də yayımlanan verilişlərin birində Afətin ifasını tənqid etmişdi. Fərmanqızı isə onun “Qaynana” filmindən olan kadrını paylaşaraq “Bu vannadakı şəklinizi görəndən sonra ağlım başımdan çıxdı. Bir də ayıldım ki, qəzəli hind melodiyası ilə oxumuşam. Qısacası, günah sizdədi. Siz bu vannaya uzanmasaydınız, mən də qəzəli o cür oxumazdım. Mənim belə şəklim olsa, vannamı başıma aşırtmışdınız” sözlərini yazmışdı.



101.az (axşam az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR