Bakı-Ələt yolunda qəza - 2 nəfər öldü

Bakı-Ələt yolunda qəza - 2 nəfər öldü

Bayramın 5-ci günü yol qəzası nəticəsində 2 nəfər ölüb.

101.az xəbər verir ki, martın 24-dən 25-nə keçən gecə Bakı-Ələt avtomobil yolunda qəza baş verib.

Maşında olan 3 nəfərdən biri hadisə yerində ölüb, yaralılardan biri Klinik Tibbi Mərkəzə gətirilib, digərinə tibbi yardım göstəriləndən sonra evə buraxılıb.

Səhər saatlarında isə Bakı-Sumqayıt yolunda baş vermiş qəzada bir nəfər ölüb, 3 nəfər ağır yaralanıb.

Faktı Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov təsdiqləyib. Abubəkirov deyib ki, yaralılardan biri xəstəxanaya aparılarkən yolda keçinib, digərlərinin vəziyyəti ağırdır.

101.az (milli az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR