ABŞ-ın birinci xanımı xəstaxanalıq oldu: Şiş aşkarlanıb

ABŞ-ın birinci xanımı xəstaxanalıq oldu: Şiş aşkarlanıb

ABŞ birinci xanımı Melanya Trampın böyrəklərində cərrahiyyə əməliyyatı aparılıb.

“Xanım Tramp bu səhər xoşxassəli törəmənin müalicəsi üçün böyrək embolizasiya prosedurundan keçib. Prosedur uğurla yekunlaşıb, hər hansı fəsadlaşma meydana gəlməyib”, - deyə birinci xanımın ictimai əlaqələr üzrə direktoru Stefani Qrişem bildirib.

Rəsmi nümayəndə ABŞ-ın birinci xanımının bir həftəyə yaxın xəstəxanada qalacağını bildirib. Birləşmiş Ştatların prezidenti Donald Tramp yaxın zamanda həyat yoldaşına baş çəkməyi planlaşdırır.

Qeyd edək ki, aprel ayında Melaniya Trampın 48 yaşı tamam olub.

101.az(mənbə-oxu.az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR