Türkiyədə üç günlük matəm elan edildi

Türkiyədə üç günlük matəm elan edildi

Türkiyə hökuməti Qəzzadakı hadisələrlə bağlı ölkədə üç günlük matəm elan edib.

101.az xəbər verir ki, bu barədə Türkiyənin baş nazir müavini Bekir Bozdağ açıqlama verib.

“Fələstinlilərə həmrəy olmaq və şəhidləri hörmətlə anmaq məqsədi ilə üç günlük matəmin elan olunmasına qərar verilib.”, - deyə bəyanatda qeyd olunur.

Qeyd edək ki, Qəzza zolağında baş verən toqquşmalarda İsrail hərbçiləri 52 fələstinli etirazçını qətlə yetirib.

101.az(mənbə-oxu.az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR