“Moody’s” Azərbaycanın reytinqini təsdiqlədi

“Moody’s” Azərbaycanın reytinqini təsdiqlədi

“Moody’s Investors Service” beynəlxalq reytinq agentliyi Azərbaycanın uzunmüddətli emitent reytinqi və təminatsız prioritet öhdəlikləri reytinqini Ba2 stabil proqnoz səviyyəsində saxlayıb.

“Moody’s” reytinqin eyni səviyyədə qalmasını davam edən fiskal islahatlar fonunda hökumətin kredit mövqeyinin möhkəmlənməsi və bank sektorunda risklərin azalması ilə izah edir.

“Moody’s” həmçinin “Cənub Qaz Dəhlizi” QSC-nin təminatsız prioritet bondlarının reytinqini “stabil” səviyyədə təsdiqləyib.

Agentliyin analitikləri proqnozlaşdırır ki, yeni fiskal qaydaların reallaşdırılması və dövlət borclarının idarə olunması üzrə hökumət strategiyası ölkənin təmiz kredit mövqeyini gücləndirəcək

101.az (yenicag az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR