Hind qadınlarının gözəllik sirləri

Hind qadınlarının gözəllik sirləri

Hindistan qadınları dünyada gözəllik baxımından xüsusi yere sahibdirlər.

Hindistanlı Mişel Ranavat qadınların gözəllik sirlərindən bəhs edib.

101.az xəbər verir ki, bütün dünyanı özünə heyran qoyan bu qadınların ilk sirri yeməklərində gizlidir. Onlar yeməklərdə olduqca müxtəlif ədviyyatlardan istifadə edirlər. Bütün yeməklərin olmazsa olmazı isə sarıkökdür. Qadınlar bu ədviyyatdan sadəcə yeməkdə deyil, eyni zaman dəriyə qulluq zamanı da istifadə edirlər. Gül suyu, biyan kökü, rubia kordoflia bitkisi də vazkeçilməzlərindəndir.

Hindli qadınların gur və sağlam saçlarının sirri kokos və amla yağlarında gizlidir. Onlar bu yağlardan hazırlanan qarışımlarla saça müxtəlif maskalar edirlər. Saç rənglənməsində isə kimyəvi deyil, təbii boyalara üstünlük verilir. Xına, çuğundur, çay yarpağı ilə hazırlanan boyalar geniş istifadə olunur.

Gozəl gözlərə sahib olan hind xanımlarının vazgeçilməzi əsasən sürmə və kajal karandaşlardır. Onlar makiyaj etməsə belə mütləq gözlərinə sürmə çəkirlər.

101.az (axşam az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR