Ötən Ay Qar Uçquna Düşmüş Hərbçilərimizdən Birinin Meyiti Tapıldı

Ötən Ay Qar Uçquna Düşmüş Hərbçilərimizdən Birinin Meyiti Tapıldı

Müdafiə nazirliyinin qar uçqununa düşərək həlak olan hərbi qulluqçularından birinin nəşi doğulduğu Qazax rayonuna aparılıb.

101.az xəbər verir ki, ötən ay Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətdə olan Azərbaycan Ordusunun iki hərbi qulluqçusu – gizir Abdullayev Hafiz Məhəd oğluvə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlumövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər. Aparılan axtarışlar nəticəsində onlardan birinin – H.Abdullayevin nəşi tapılıb.

Bu gün onun nəşi doğulduğu Qazax rayon Yuxarı Salahlı kəndinə aparılıb. H.Abdullayevin dəfnində şəhər ictimaiyyəti, hərbçilər və yaxınları iştirak edir. O, kənd qəbiristanlığında dəfn olunacaq.

Hafiz Abdullayev ailəli idi, 3 övladı var.

Qeyd edək ki, qar uçqununa düşən digər hərbçimizin axtarışları davam edir.

101.az (orman az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR