Azərbaycana Avropa Oyunlarında medal qazandırmış gimnast qitə ikincisi oldu

Azərbaycana Avropa Oyunlarında medal qazandırmış gimnast qitə ikincisi oldu

Polşanın Şteçin şəhərində keçirilən VIII idman gimnastikası üzrə Avropa çempionatı başa çatıb.

101.az xəbər verir ki, əvvəl millimizin üzvü olmuş, Azərbaycana Avropa Oyunlarında bürünc medal qazandırmış ukraynalı legioner Pyotr Paxnyuk vətəni adından çıxış etdiyi qitə birinciliyində mükafat qazanıb.

O, paralel qollarda gümüş medal qazanıb.

Qeyd edək ki, bu çempionatda Azərbaycanın dörd gimnastı da iştirak edib. Yer tuta bilməsələr də, onlardan İvan Tixonov və Marina Nekrasova final mərhələsində iştirak etməklə Minskdə keçiriləcək II Avropa Oyunlarına lisenziya qazanıblar.







101.az (oxu az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR