Nişandan qayıdanlar qəzaya uğradı: 4 yaralı

Nişandan qayıdanlar qəzaya uğradı: 4 yaralı

Ağsu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

101.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Cəlayir kəndində qeydə alınıb.

"VAZ 2106" markalı minik avtomobilinin yoldan çıxaraq dərəyə aşması nəticəsində rayonun Qəşəd kənd sakinləri, 1981-ci il təvəllüdlü Osmanova Pərigül Bədəl qızı, 1986-cı il təvəllüdlü Bədəlova Güləndam Ədalət qızı, 1968-cı il təvəllüdlü Nuriyeva Dürdanə Baba qızı və bir körpə uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Məlumata görə, xəsarət alan şəxslər nişan mərasimindən geri qayıdarkən qəzaya düşüblər.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

101.az (unikal org)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR