Problemli krediti olanlara ŞAD XƏBƏR - Siyahı hazırlandı

Problemli krediti olanlara ŞAD XƏBƏR - Siyahı hazırlandı

Bu gün problemli kreditlər üzrə təzminat alacaq bütün vətəndaşların siyahısı hazır olacaq.

101.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.

Qeyd edək ki, ütün məlumatlar “pk.fimsa.az”da dərc ediləcək.

Məlumatın toplanması ilə əlaqədar bəzi vətəndaşlar təzminatın məbləğini müəyyən edə bilmirdi. Bu gündən etibarən fiziki şəxslər təkcə təzminat barədə deyil, həmçinin onların kreditlərinin restrukturizasiyası barədə məlumat ala biləcəklər.

Problemli kreditlər barədə məlumatlar, müştərilərin kredit götürdüyü banklara ötürüləcək.

Qeyd edək ki, problemli kreditlərlə bağlı kompensasiya və restrukturizasiya güzəştinin şamil olunacağı cari kreditlərlə bağlı ödənişlərin verilməsinə isə aprelin sonlarından başlanılacaq və may ayının sonuna kimi yekunlaşacaq.

101.az (yenicag az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101

ƏN SON XƏBƏRLƏR