Aprel şəhidimiz Urfan Vəlizadənin valideyini HAQQ DÜNYASINA QOVUŞDU

Aprel şəhidimiz Urfan Vəlizadənin valideyini HAQQ DÜNYASINA QOVUŞDU

2016-cı il Şanlı aprel döyüşlərində qəhrəmancasına şəhid olan pilotumuz Urfan Vəlizadənin atası Üzeyir Vəlizadə dünyasını dəyişib.

101.az xəbər verir ki, bu haqda məlumatı şəhidin ailəsinin qohumları yayıb. Şəhid atasının uzun müddətdir ki, səhhətindəki problemlərdən əziyyət çəkdiyi deyilir və Urfan şəhid olduqdan sonra o, onun səhhəti daha da ağırlaşıb. Axşam saatlarında şəhid atasının dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, şəhid pilotumuz Urfan Vəlizadə 1 noyabr 1978-ci ildə Bakı şəhərində anadan olub. Hərbi Hava Qüvvələrinin mayoru olan pilotumuz aprel döyüşlərində ermənilər tərəfindən vurulan Mi-24 helikopterinin üzvü olub. Qeyd edək ki, helikopterdə mayor Təbriz Musazadə və baş-leytenant Əbu Bəkir İsmayılov da şəhid olub. Hər üç pilotumuz “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Allah rəhmət eləsin!

101.az (Moderator.az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR