"Böyük dəbilqə"nin finalçısı: Buna görə təəssüflənirəm

"Böyük dəbilqə"nin finalçısı: Buna görə təəssüflənirəm

Ən çətin döyüşüm finalda serbiyalı idmançı ilə oldu. Qızıl medalı əldən verdiyimə görə təəssüflənirəm. Rəqibim təcrübəli idmançıdır. Bu o demək deyil ki, mən ona qalib gələ bilməyəcəyəm. Qarşıda təlim-məşqlər var. Yarışda buraxdığım səhvlər üzərində işləyib ustalığımı artırmalıyam. Əminəm ki, növbəti yarışlarda onun öhdəsindən gələ bilərəm.

101.az xəbər verir ki, bu sözləri ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Böyük dəbilqə" beynəlxalq turnirində gümüş medal qazanan Məmmədəli Mehdiyev (90 kq) deyib.

İdmançı qeyd edib ki, ikinci Avropa Oyunlarına qədər təlim-məşqləri davam etdirəcək: "İkinci Avropa Oyunlarına qədər təlim-məşqləri davam etdirib hazırlığımı artıracağam. Arzum Avropa Oyunlarının qalibi olmaqdır".

101.az (publika az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR