Filippdən Aygünə SURPRİZ  - Video

Filippdən Aygünə SURPRİZ - Video

Xalq artisti Aygün Kazımova rusiyalı həmkarı Filipp Kirkorovla yenidən eyni səhnəni paylaşacaq.

101.az-ın məlumatına görə, bu haqda Filipp "Eurovision"la bağlı getdiyi İsraildə müğənni-bəstəkar Murad Arifə açıqlamasında deyib.

Filipp bildirib ki, iyulda keçirilməsi planlaşdırılan "Jara" festivalında tamaşaçılara sürpriz hazırlanır. O, Kazımova ilə duet oxuyacağını söyləyib:

"Aygünlə dostluq edirik. Mən o xanıma heyranam. Birlikdə bolqar mahnısı oxuyacağıq".

Qeyd edək ki, Aygünlə Filipp illər əvvəl Moskvada da eyni səhnəni bölüşüblər. Xalq artisti Emin Ağalarovun təşkilatçılığı ilə keçirilən "Jara" iyulun 25-dən 28-nədək davam edəcək.

Murad Arif İsraildə keçiriləcək "Eurovision" mahnı müsabiqəsinin Azərbaycan üzrə şərhçisi olacaq. O, İTV tərəfindən İsrailə ezam edilib.



101.az (axşam az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR