Məmmədyarov Brüsseldə Mnatsakanyanla görüşdü

Məmmədyarov Brüsseldə Mnatsakanyanla görüşdü

Azərbaycan və Ermənistan Xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan Brüsseldə qısa görüş keçirib.

101.az-ın verdiyi xəbərə görə, bu barədə Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan məlumat yayıb.

Görüş Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramının 10 illiyinə həsr olunmuş sammit çərçivəsində keçirilib.

“Nazirlər əl-ələ görüşdülər. Ermənistan və Azərbaycan nümayəndə heyətlərinin arasında danışıqlar nəzərdə tutulmur”, - deyə XİN rəsmisi bildirib.

Qeyd edək ki, 13-14 may tarixlərində Brüsseldə Azərbaycan, Belarus, Gürcüstan, Moldava və Ermənistanın üzvü olduğu “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində sammit keçirilir.

101.az (qafqazinfo az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR