Mərhum meyxanaçı Aydın Xırdalanlının anasının bu sözəri ÜRƏKLƏRİ DAĞLADI: "Onunla fəxr edirəm..."

Mərhum meyxanaçı Aydın Xırdalanlının anasının bu sözəri ÜRƏKLƏRİ DAĞLADI: "Onunla fəxr edirəm..."

ARB TV-nin “Bu qədər” proqramının növbəti buraxılışında mərhum meyxanaçı Aydın Xırdalanlının həyatından bəhs olunub.

101.az-ın məlumatına görə, mərhumun anası Bikəxanım Quliyeva övladı haqda danışıb. Xatirələrini bölüşən B.Quliyeva bildirib ki, Aydın ilk övladı olub:

"O, mənim xəyallarımı həyata keçirən oğul idi. Onu hər zaman şair və musiqiçi kimi görmək istəyirdim, çünki mən özüm də o həvəslə yaşamışam. Müəllimləri həmişə şikayət edirdi ki, dərsə mane olur, sinifdə meyxana deyir. Mənə hətta qızımdan belə yaxın idi. 2006-cı ildə, 29 yaşında evləndi. Övladı olmadı. Qardaşı da dedi ki, övladımın birini verim sənə, istəmədi.

Dünyasını dəyişdiyi gün səhər dedi, nəfəsim çatmır. Ayaqla gedə bilmədiyini dedi və təcili yardım çağırdıq. Reanimasiyaya apardılar, amma dedi ki, uzanmıram burada, öz ayağı ilə evə gəldi. Elə bil əzrayıl onu evdə gözləyirmiş. Qaraciyər, böyrək və dalaqları şişmişdi. Bacısına dedi, telefonu gətir, Şah İsmayıl Xətainin həyatını qoy. Sən demə, Şah İsmayıl Xətai də hansısa ayın 23-ü ölüb. 5 dəqiqə ona baxmışdı, bir də gördüm çağırır, qaçdıq. Gördüm ki, Aydın yoxdur, getdi. Ağzına, burnuna nəfəs verdim, gördüm, yox... Təcili yardım çağırdıq, gec idi.

Dünyasını dəyişənə qədər onunla fəxr etmirdim. İndi onunla fəxr edirəm".

101.az (Axşam.az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR