Azərbaycanın 2 investisiya şirkətində yeni təyinat olub

Azərbaycanın 2 investisiya şirkətində yeni təyinat olub

“PSG Kapital İnvestisiya Şirkəti” QSC-nin direktor müavinləri Cəfər İbrahimli və Nəriman Yaqubov vəzifələrini tərk ediblər.

101.az xəbər verir ki, C.İbrahimli əmək fəaliyyətini Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktor müavini, Nəriman Yaqubov isə “BTB Kapital İnvestisiya Şirkəti” ASC-nin Portfel idarəçiliyi departamentinin direktoru kimi davam etdirir.

“PSG Kapital”a isə yeni direktor müavini təyin olunub. Bu, indiyə qədər “Gilan Holdinq” MMC-nin törəmə strukturu - “United Enterprices Azerbaijan” MMC-nin büdcə şöbəsinin müdiri olan Fəxri Səttarovdur.

101.az (report az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR