İcra başçısının sürücüsü yol qəzasında ÖLDÜ- ARAŞDIRILMA APARILIR

İcra başçısının sürücüsü yol qəzasında ÖLDÜ- ARAŞDIRILMA APARILIR

Goranboyda ağır yol qəzası baş verib.

Hadisə rayonun Səfikürd kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ 2115” markalı minik maşını ilə "Howo” markalı yük maşını toqquşub. Qəza nəticəsində minik maşınının sürücüsü 1969-cu il təvəllüdlü Aşağı Ağcakənd kənd sakini Əliyev Rauf İsmayıl oğlu ağır xəsarətlər alıb. O, ətrafdakıların köməyi ilə xəstəxanaya aparılarkən yolda keçinib.

Dünyasını dəyişən şəxs Xocalı rayon İcra Hakimiyyəti başçısının sürücüsü olub.

Faktla bağlı araşdırma aparılır.

101.az (sfera az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR