Dünyanın ƏN DƏRİN yerinə endi: GÖRÜN NƏLƏR TAPDI - FOTOLAR

Dünyanın ƏN DƏRİN yerinə endi: GÖRÜN NƏLƏR TAPDI - FOTOLAR

Amerikalı sualtı kəşfiyyatçı Viktor Veskovo inanılmaz hadisəyə imza atıb.

101.az xəbər verir ki, o, dünyanın ən dərin yeri Marian çökəkliyinə enib. Amerikalı 11 kilometr dərinliyi olan Marian çökəkliyinə enmək üçün yüksək təzyiqə davam gətirəcək şəkildə hazırlanmış xüsusi aparatdan istifadə edib.

Həmin dərinlikdə 4 saat qalan kəşfiyyatçı, aparılan axtarışlar zamanı dəniz canlılarına rast gəlib. O, həmçinin plastik qab və selofan tapıb.

Dərinlikdən torpaq nümunələri və müxtəlif dəniz canlıları götürülüb. Alimlər həmin nümunələri araşdırır.

Qeyd edək ki, Marian çökəkliyinə ilk dəfə 50 il əvvəl belçikalı Cak Pikar enib.











101.az (redaktor az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR