Azərbaycan Dəmir Yolları İspaniya şirkəti ilə 10 milyonluq müqavilə imzalayıb

Azərbaycan Dəmir Yolları İspaniya şirkəti ilə 10 milyonluq müqavilə imzalayıb

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Texniki Nəzarət üzrə Məsləhət Xidmətlərinin satınalınması ilə bağlı İspaniya şirkəti ilə müqavilə imzalayıb.

Səhmdar Cəmiyyətindən verilən məlumata görə, QSC tərəfindən Bakı-Böyük Kəsik dəhlizi boyunca yeni enerji təchizat sisteminə keçid, işarəvermə sisteminin yenilənməsi və elektrik lokomotivlərinin alınmasına Texniki Nəzarət üzrə Məsləhət Xidmətlərinin satınalınması ilə bağlı İspaniyanın "JV TPF Getinsa Euroestudios - Auxitec Tecnica Y Control" müqavilə imzalayıb.

Satınalma müqaviləsinin məbləği 8 milyon 260 min 743 avro və 2 milyon 360 min dollardır

101.az (trend az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR