İspaniyada öküz döyüşlərinin sayı son 15 ildə tarixi minimuma qədər azalıb

İspaniyada öküz döyüşlərinin sayı son 15 ildə tarixi minimuma qədər azalıb

İspaniyada keçirilən öküz döyüşlərinin sayı ötən il rekord aşağı səviyyəyə düşüb.

101.az bildirir ki, 2018-ci ildə 1521 öküz döyüşü keçirilib ki, bu da son 15 ildə ən aşağı göstəricidir.

Öküz döyüşlərinin ümumi sayı azalsa da, dövlət statistikası peşəkar matadorların sayının artdığını göstərib. Ötən il 9723 adam (onların 239-u qadın) qeydə alınıb ki, bu da korridanın bütün tarixi ərzində ən yüksək göstəricidir. Qeyd edək ki, bu ildən öküz döyüşlərinin keçirilməsi qaydaları da dəyişdirilib.

İspaniyada korrida mövsümü mart bayramında - Müqəddəs İosif günündə açılır və oktyabrda qeyd edilən İspaniya Günündə bağlanır. Sevilya, Kordova və Madriddə amansız və qanlı korridalar təşkil edilir.

101.az (milli az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101

Rəylər

Oxşar məqalələr



ƏN SON XƏBƏRLƏR