Bu heyvanların nəsli kəsilə bilər

Bu heyvanların nəsli kəsilə bilər

Avstraliya Heyvanları Müdafiə Fondunun məlumatına görə, Yaşıl qitədə cəmi 80 min koala qalıb. 101.az bildirir ki, kisəli ayıların sayının böhranlı həddə qədər azalması səbəbindən onları artıq "funksional baxımdan nəsli kəsilmiş" fauna növlərinə aid etmək olar.

Koalaların sayı durmadan azalır. Alimlər evkalipt meşələrinin qırılmasını, xəstəlikləri və iqlim dəyişmələrini yaranmış vəziyyətin əsas səbəbləri adlandırırlar. Mütəxəssislərin sözlərinə görə, kisəli ayıların qorunub saxlanılması üçün təcili tədbirlər görülməlidir.

"Funksional baxımdan nəsli kəsilmiş" termini bir neçə təhlükəli vəziyyəti birdən təsvir edir. Əvvələn, populyasiyası azalan heyvan artıq ekoloji sistemdə əhəmiyyətli rol oynamır. İkincisi, koalalar azsaylı olduğuna görə onların çoxalması prosesi dayana bilər. Bəzi heyvanlar yaxın qohum olan fərdlər arasında cütləşdirmə deyilən inbridinqdən əziyyət çəkir. İnbridinq genetik dəyişkənliyin azalmasına gətirib çıxarır. Bu da heyvanların həyat qabiliyyətini təhlükə altına qoyur. Üçüncüsü, meşələrin qırılması səbəbindən koalaların sayı durmadan azalır. Üstəlik, kisəli ayılar ekstremal iqlim dəyişmələrinin təsirinə daha çox məruz qalır.

Ekspertlər koalaların sayını dəqiq deyə bilmirlər, çünki onları aşkar etmək yetərincə çətindir. 2016-cı ildə bir qrup ekspert Avstraliyanın dörd ştatında heyvanların populyasiyası trendlərini üzə çıxarıb. Onların hesablamalarına görə, koalaların ümumi sayı 329 min fərdə bərabərdir. Lakin son üç nəsil ərzində onların populyasiyası 24 faiz azalıb.

Xatırladaq ki, biomüxtəliflik və ekologiya sistemləri hökumətlərarası elmi-siyasi platformanın sonuncu məruzəsində deyilir ki, təqribən bir milyon flora və fauna növünün nəsli və kökü tamamilə kəsilmək üzrədir. Heyvan və bitki növlərinin çoxunun nəsli və kökü yaxın onillikdə tamamilə kəsilə bilər.

101.az (milli az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR