Zaqatalada 57 yaşlı kişiyə çaqqal hücum edib

Zaqatalada 57 yaşlı kişiyə çaqqal hücum edib

Zaqatala sakinini çaqqal yaralayıb.

101.az-ın bölgə müxbirinin xəbərinə görə, hadisə rayonun Muğanlı kəndində baş verib. Kənd sakini 1962-ci il təvəllüdlü Fərman Qurbanəliyev torpaq sahəsində işləyərkən çaqqalın hücumuna məruz qalıb.Yırtıcının hücumu zamanı ayağından xəsarət alan F.Qurbanəliyev daha sonra çaqqalı öldürə bilib.

Sağ ayağının baldır nahiyyəsindən xəsarət alan Fərman Qurbanəliyev Zaqatala Rayon mərkəzi Xəstəxanasına çatdırılıb.Yaralıya ilkin yardım göstərilib, quduzluq əleyhinə vaksin vurulduqdan sonra ambulator müalicə almaq şərtilə evə buraxılıb.





101.az (oxu az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR