Tanınmış azərbaycanlı pedaqoq VƏFAT ETDİ

Tanınmış azərbaycanlı pedaqoq VƏFAT ETDİ

AMEA Zoologiya İnstitutu Herpetologiya laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, publisist Sahib Əhmədov vəfat edib.

101.az xəbər verir ki, tanınmış zooloq xəstəlik səbəbindən 70 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Sahib Bəylər oğlu Əhmədov 1949-cu ildə Cəbrayıl rayonunun Xələfli kəndində ziyalı ailəsində anadan olub.

48 illik pedaqoji fəaliyyəti olan S.Əhmədov 1994- 2004-cü illərdə Bakı şəhər Nizami rayonundakı kimya-biologiya təmayüllü respublika litseyində, 2004-cü ilin sentyabr ayından Xətai rayonundakı Heydər Əliyev adına liseydə çalışıb. Sahib Əhmədov 2006-cı ildən Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutu Herpetologiya laboratoriyasının müdiri vəzifəsini tutub.

Allah rəhmət eləsin!



101.az (publika az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR