TƏCİLİ- Ermənilər bu kəndimizə od vurublar

TƏCİLİ- Ermənilər bu kəndimizə od vurublar

Tərtərin işğal altında yerləşən kəndlərimizə törədilən yanğının tüstüsü 20 km aralıdan görünür.

101.az xəbər verir ki, Ermənilər işğal altında olan Azərbaycan ərazilərində yenidən yanğınlar törətməyə başlayıblar. Bu gün axşam saatlarında ermənilər Tərtərin işğal altında yerləşən ərazilərinə od vurublar. Ərazidə əsasən quru otlaq sahələri yandiği ehtimal olunur. Yanğın nəticəsində meydana gələn qatı tüstünü hətta 15-20 km aralıda da müşahidə etmək mümkündür.

Qeyd edək ki, erməni hərbiçiləri bir neçə gün əvvəl də Ağdamın işğal altında olan ərazilərində yanğınlar törədiblər.

101.az (anews az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR