Kondisioner və qızdırıcını əvəz edəcək daşınan cihaz təqdim edilib

Kondisioner və qızdırıcını əvəz edəcək daşınan cihaz təqdim edilib

Kaliforniya Universitetinin mühəndisləri qışın soyuğuna və yayın istisinə qarşı qeyri-adi mübarizə üsulu fikirləşiblər. Onlar vəziyyətdən asılı olaraq insanın dərisini isidən və ya soyudan daşınan cihaz hazırlayıblar. Belə cihazı birbaşa geyimə quraşdırmaq mümkündür və onun istifadəsi kondisioner və qızdırıcıların işini minimum endirməklə elektrik enerjisi istehlakını xeyli azalda bilər.

101.az bildirir ki, qurğunun prototipi insanın çiyninə bərkidilən sarğı şəklində işlənib hazırlanıb. Onun strukturuna daxil olan akkumulyator, sistem lövhəsi və termoelement elastikdir. Cihaz insan dərisini istifadəçi tərəfindən seçilmiş temperaturda isidib-soyutmaq imkanına malikdir.

Aparıcı mühəndis Renkun Çenin sözlərinə görə, cihaz qızdırıcı və kondisionerləri tamamilə əvəz etmir, lakin insanın özünü rahat hiss etdiyi temperatur diapazonunu xeyli genişləndirir.

101.az (milli az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101

Rəylər



ƏN SON XƏBƏRLƏR