Hindistanda təbii fəlakət nəticəsində 34-dən çox insan ölüb

Hindistanda təbii fəlakət nəticəsində 34-dən çox insan ölüb

Hindistanın Uttar-Pradeş və Madhya-Pradeş ştatlarında toz, ildırım və yağışla müşahidə olunan qasırğa ilə bağlı hadisələr nəticəsində azı 34 nəfər ölüb, daha 57 nəfər yaralanıb.

101.az "Anadolu"ya istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində Uttar-Pradeş ştatında 26 nəfər, Madhya-Pradeşdə isə 8 nəfər həyatını itirib.

İnsanların çoxu evlərin divar və damlarının uçması, həmçinin ildırım və yol qəzaları səbəbindən ölüblər.

Uttar-Pradeşdə azı 16 evin dağılması ilə əlaqədar genişmiqyaslı əməliyyat aparılır.

Madhya-Pradeşdə su qıtlığı müşahidə olunur, insanlar arasında isə su üstündə münaqişə yaranıb.

101.az ("Report")
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR