UEFA Millətlər Liqasında SOCAR mükafatı təqdim olunub

UEFA Millətlər Liqasında SOCAR mükafatı təqdim olunub

UEFA-nın ilk dəfə təşkil etdiyi UEFA Millətlər Liqasının ən yaxşı gənc oyunçusuna turnirin sponsorlarından olan SOCAR-ın mükafatı təqdim olunub.

101.az-ın məlumatına görə, həmin mükafata Hollandiya millisinin və "Ayaks"ın 22 yaşlı yarımmüdafiəçisi Frenki de Yonq sahib olub.

Lakin onun komandası Millətlər Liqasının qalibi ola bilməyib. "Narıncılar" finalda Portuqaliyaya 0:1 hesabı ilə uduzaraq, gümüş medalla kifayətləniblər. Bürünc medalı isə İngiltərə əldə edib.

Millətlət Liqasının ən yaxşı oyunçusu adına isə Portuqaliya millisinin və İngiltərənin "Mançester Siti" klubunun üzvü Bernardu Silva layiq görülüb.

101.az (report az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR