Azərbaycanda ''qaloş pir'' biabırçılığı

Azərbaycanda ''qaloş pir'' biabırçılığı

Sosial şəbəkələrdə Azərbaycanda çəkilən görüntülər rezonans doğurub.

101.az xəbər verir ki, videoda “Qaloş piri” deyilən yerə gələn insanlara şəfa tapmaları, niyyətlərinin qəbul olunması üçün başlarına qaloş sürtdürürlər.



Məlum olub ki, video Goranboy rayonu Qurbanzadə kəndində çəkilib. Yerli sakinlər seyid kimi tanınan və 30 il əvvəl iyunun 7-də vəfat etmiş Miribiş ağanın evinə yığışıblar. Onun qaloşunu başlarına sürtərək şəfa tapacaqlarına inanırlar. Əvəzində isə pul və qiymətli əşyaları həmin evə qoyurlar.

101.az ( oxu.az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR