Gənc gimnastımız Qazaxıstanda medal qazanıb

Gənc gimnastımız Qazaxıstanda medal qazanıb

Bu həftəsonu Qazaxıstanın Şimkənt şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, turnirdə, gənclər arasında ölkəmizi təmsil edən Nərmin Bayramova çoxnövçülük proqramında 63.050 xal toplayaraq, bürünc medal qazanıb.

Böyük gimnastlar arasında Yelizaveta Luzan çoxnövçülük proqramında 58.050 xalla turniri 4-cü, komanda yoldaşı Fatimə Əkpərova isə 55.850 xalla 6-cı yerdə bitirib.

101.az (trend az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR