Prezident SƏRƏNCAM İMZALADI - 5,7 milyon manat ayrıldı

Prezident SƏRƏNCAM İMZALADI - 5,7 milyon manat ayrıldı

Prezident İlham Əliyev Azərbaycan Respublikasında təhsil müəssisələrinin qazlaşdırılması haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, təhsil müəssisələrinin qazlaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.67-ci bəndində göstərilmiş məbləğin 5,7 milyon manatı Təhsil Nazirliyinə ayrılsın.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməli, Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR