Şad xəbər - Bu metro stansiyası avqustda açılacaq

Şad xəbər - Bu metro stansiyası avqustda açılacaq

“Bakı Metropoliteni”nin “Xətai” stansiyası avqust ayında açılacaq.

101.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov məlumat verib.

O bildirib ki, hazırda stansiyada eskalatorların sazlanma prosesi gedir:

“Biz çalışırıq ki, “Xətai” stansiyasını sərnişinlərin istifadəsinə mümkün qədər tez verək. Tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir. Eskalatorlar artıq quraşdırılıb. Avqust ayında stansiya yeni görkəmi ilə istifadəyə veriləcək”.

H.Məmmədov qeyd edib ki, “B3” stansiyasının tikintisinin 2020-ci ildə başa çatdırılması nəzərdə tutulur.

Onun sözlərinə görə, hazırda həmin ərazidə təmir-tikinti işləri davam etdirilir.

101.az (yenicag az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR