Hindistanda bir həftə əvvəl itən təyyarənin qalıqları tapılıb

Hindistanda bir həftə əvvəl itən təyyarənin qalıqları tapılıb

Hindistan ordusuna məxsus və iyunun 3-də radarlardan itən An-32 hərbi-nəqliyyat təyyarəsinin qalıqları tapılıb.

101.az xəbər verir ki, bu barədə Hindistan KİV-ləri ölkənin hərbi hava qüvvələrinə istinadla xəbər yayıblar. Hələlik təyyarənin qəzaya uğradığı dəqiq yer və təyyarədə olan 13 nəfərin taleyi barədə dəqiq məlumat verilmir.

Qeyd edək ki, An-32 hərbi-nəqliyyat təyyarəsi iyunun 3-də yerli vaxtla saat 12:25-də Assam ştatının Corhat şəhər aeroportundan ölkənin şimal-şərqində yerləşən Arunaçal-Pradeş ştatına tərəf istiqamət götürüb. Təyyarə havaya qalxdıqdan 35 dəqiqə sonra dispetçerlə sonuncu dəfə əlaqə saxlayıb.

Hindistan ordusu digər hökumət və vətəndaş strukturları ilə birgə itən təyyarənin axtarışları üzrə ləngimədən əməliyyata başlamışdı. Axtarışlar gecə saatlarında da davam etdirilib. Əlverişsiz hava şəraiti axtarış əməliyyatını xeyli çətinləşdirib. Təyyarənin göyərtəsində altı hərbçi, beş ekipaj üzvü və iki mülki şəxs olub.

101.az (AZƏRTAC)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR