Polşanın turizmdən əldə etdiyi gəlirin məbləği artıb

Polşanın turizmdən əldə etdiyi gəlirin məbləği artıb

Polşanın turizmdən əldə etdiyi gəlir 6,4 faiz artaraq 16,8 milyard dollara çatıb.

101.az xəbər verir ki, buna səbəb turistlərin Polşada bir gündən daha artıq qalmalarıdır. Ölkənin İdman və Turizm Nazirliyinin açıqlamasında bildirilir ki, məhz bir gecədən artıq qalan turistlərin xərcləri 9,6 milyard dollar təşkil edib.

Turistlərin ən çox getdikləri şəhərlər isə Varşava, Krakov, Vrotslavdır.

101.az (AZƏRTAC)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR