“Teatr Xadimləri İttifaqının işi Afrikada fillərin qorunmasıdır?”

“Teatr Xadimləri İttifaqının işi Afrikada fillərin qorunmasıdır?”

Rejissor Namiq Ağayev Teatr Xadimləri İttifaqını tənqid edib.

101.az xəbər verir ki, o, ittifaqın işini düzgün yerinə yetirmədiyini bildirib:

“Ol” teatrının kollektivi yaranan problemlərə dəstək olmaq üçün Teatr Xadimləri İttifaqına müraciət edib. İttifaqın əməkdaşı isə cavabında “Teatr Xadimləri İttifaqının işi teatrlarda yaranan problemləri həll etmək deyil. Biz sizə heç bir kömək edə bilmərik. Bunun üçün Mədəniyyət Nazirliyinə və digər qurumlara müraciət edin” deyib.

İctimaiyyət qarşısında belə bir sual veririk: Ey Teatr Xadimləri İttifaqı, o zaman sizin işiniz nədir?! Afrikada fillərin qorunması, yoxsa Cənubi və Şimali Koreyanın birləşdirilməsi?”.

Ağayev bildirib ki, onlar kommunal və kirayə xərclərinə görə ittifaqa müraciət ediblər, lakin onların bu istəyinə məhəl qoyulmayıb və köməklik göstərilməyib.

Qeyd edək ki, Namiq Ağayev bir neçə bədii və sənədli filmin müəllifidir.




101.az (axşam az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR