Məşhur cütlüyün ayrılıq səbəbi bilindi

Məşhur cütlüyün ayrılıq səbəbi bilindi

Rus model İrina Şeyk və aktyor Bredli Kuperin ayrılması dünya mediasının gündəmindədir.

101.az xəbər verir ki, cütlüyün 4 illik münasibətlərinə son qoyması haqda müxtəlif versiyalar səsləndirilir. Bir neçə gün öncə İrinanın evdən əlində çemodanla çıxması paparazzilər tərəfindən görüntülənmişdi. Onların ayrılığına əsas səbəb kimi Kuperin birlikdə filmə çəkildiyi Leydi Qaqa ilə münasibəti göstərilmişdi. Ancaq cütlüyə yaxın mənbə bunun doğru olmadığına bildirib. Onun sözlərinə görə, əsas səbəb İrinanın evlənmək istəməsi, Bredlinin isə buna qarşı çıxması olub.

Qeyd edək ki, cütlüyün bir qızı var.

101.az (axşam az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR